Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / 8-ci sinif şagirdini 12 nəfər tövlədə zorladı

8-ci sinif şagirdini 12 nəfər tövlədə zorladı

Türkiyədə qarnı ağrıdığına görə xəstəxanaya aparılan 8-ci sinif şagirdi, 14 yaşlı M.G.-nin hamilə olduğu öyrənilib. Qızın verdiyi ifadəyə görə, 12 nəfər tövlədə ona müəyyən vaxtlarda fasilələrlə təcavüz ediblər.

Şübhəli şəxslər polis tərəfindən saxlanılıblar. Lakin onlardan biri həbs olunub. Milli.Az “Milliyet”ə istinadla bildirir ki, ailəsi tərəfindən şiddətli qarın ağrısı şikayətiylə Suruç Dövlət Xəstəxanasına aparılan 8-ci sinif şagirdi M.G.-nin 6 ay yarımlıq hamilə olduğu öyrənilib. Kiçik qızı müayinə edən həkim vəziyyətlə bağlı xəstəxana polisinə xəbər verib. Onlar araşdırmaya başlayıblar.

M.G. polisə ifadə verib. O, söyləyib ki, qonşuları da daxil olmaqla 12 nəfər ona tövlədə təcavüz edib. Polis adları çəkilən 12 nəfəri tutub. İfadələri alındıqdan sonra ədliyyəyə aparılan şübhəlilərdən M.G.-nin qonşusu S.U. həbs olunub, digərləri isə sərbəst buraxılıblar.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın