Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / 8 ayın turizmi: gələnlər artıb, gedənlər azalıb

8 ayın turizmi: gələnlər artıb, gedənlər azalıb

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana 193 ölkədən 1 milyon 976,9 min (ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox) əcnəbi gəlib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

Dövlət Sərhəd Xidmətinə istinad edilən hesabatda qeyd olunur ki, 8 ayda Azərbaycana gələnlərin 31,6 faizi Rusiya, 19,5 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 9,4 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi İraq, 2 faizi Ukrayna, 21,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi vətəndaşlığı olmayan şəxslərdir.

Yanvar-avqust aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin 8 ayı ilə müqayisədə Azərbaycana gələn Küveyt vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı və Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 19 faiz, Oman vətəndaşlarının sayı 9,5 faiz artıb.

Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 5,6 faiz, İrandan gələnlərin sayında 25,4 faiz azalma qeydə alınıb.

Yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 3 milyon 89,8 min nəfərə çatıb. Ölkə vətəndaşlarının 30,9 faizi Gürcüstana, 29,7 faizi İrana, 19,6 faizi Rusiyaya, 13,4 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi digər ölkələrə səfər edib.

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 43,4 faiz, Gürcüstana gedənlərin sayı 2,3 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 1,9 faiz azalıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …