Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Araşdırma / 700 kiloqram yararsız at ətini satmaq istədilər

700 kiloqram yararsız at ətini satmaq istədilər

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları aprelin 1-də Qaradağ rayonu ərazisində Faiq Süleymanova məxsus avtomobildə mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan 700 kq-a yaxın heyvan cəmdəkləri aşkarlayıblar.

Bu barədə vurtualaz.org saytına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.

Xəbərdə deyilir ki, cəmdəklərdən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib. Analizin nəticəsinə görə cəmdəklər at əti olub. Aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətin keyfiyyətsiz olduğu müəyyən edilib. Həmçinin ət nümunələrinin baytarlıq-sanitariya cəhətdən tamamilə yararsız olması müəyyənləşdirilib.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın