Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / 700.000 manat dəyərində əmlak Rasim Salmanova qaytarılıb -DİN-dən açıqlama

700.000 manat dəyərində əmlak Rasim Salmanova qaytarılıb -DİN-dən açıqlama

“Vətəndaş Xanımbacı İsmayılovanın nəvəsi Sahib Quliyevin cinayət məsuliyyətinə əsassız cəlb edilməsi və bu işdə hüquq-mühafizə orqanlarının bəzi yüksək vəzifəli əməkdaşlarının guya əli olması barədə səsləndirdiyi ittihamlar həqiqətdən uzaqdır”.
  Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.
Müsavat.com xəbər verir ki, şöbə rəisinin sözlərinə görə, aparılmış araşdırma zamanı müəyyən olunub ki, Xanımbacı İsmayılovanın nəvəsi Sahib Quliyev özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “Bizim market”  mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun bir qohum kimi ona olan etibarından sui-istifadə edərək mağazalar şəbəkəsində maddi məsul şəxs olmadığı halda R.Salmanovun ona olan inamına görə 2014-cü ilin aprel ayından 2015-ci ilin iyul ayınadək olan müddət ərzində cəmi 2.116.370 manat pul vəsaitini bankdan götürüb ələ keçirməklə dələduzluq edib, zərərçəkmiş Rasim Salmanova külli miqdarda ziyan vurub.
O.Mansurzadə qeyd edib: “Bu ilin yanvar ayının sonlarında toplanmış materiallara əsasən Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Sahib Quliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən Sahib Quliyev tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş 2.116.370 manat pulun  263.207 manatı nağd şəkildə, təxminən 700.000 manat dəyərində əmlak zərərçəkmiş  Rasim Salmanova qaytarılıb”.
Şöbə rəisinin dediyinə görə, istintaq zamanı S.Quliyev öz ifadəsində ələ keçirdiyi pulun 1milyon manatını nənəsi Xanımbacı İsmayılovaya verdiyini göstərib: “Hazırda S.Quliyevin anası Həcər Quliyeva və nənəsi Xanımbacı İsmayılovanın həmin cinayətin törədilməsində iştirakları barədə kifayət qədər ciddi dəlil-sübutlar olduğuna, onların da iş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilmələri gözlənildiyinə görə hər iki şəxs sözügedən təhlükəni önləmək, məsuliyyətdən yayınmaq məqsədilə bəzi KİV-lərdə Rasim Salmanov barəsində bilərəkdən böhtan və şantaj xarakterli məlumatlar yayırlar. Bununla onlar həm zərərçəkmişə, həm də istintaq orqanına birbaşa təzyiq göstərirlər ki, bu da cinayət qanunvericiliyinin tələblərinə görə yolverilməzdir və belə hal hüquqi məsuliyyət doğurur”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın