Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / 7 nəfəri bıçaqlamış Artur Hacıyev kollecdən də qovulubmuş

7 nəfəri bıçaqlamış Artur Hacıyev kollecdən də qovulubmuş

Ötən həftə Rusiyanın Surqut şəhərində 7 nəfəri bıçaqladıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülmüş Artur Hacıyev barədə yeni faktlar məlum olub.

Virtualaz.org “Mash” nəşrinə istinadən xəbər verir ki, istintaq orqanlarının sorğusuna verilən cavaba görə, Dağıstan mənşəli gənc 2015-ci ildə inşaatçı ixtisasına yiyələnmək üçün Surqut Politexnik Kollecinə daxil olub. Kollecdə oxuduğu il yarım ərzində Artur 25 dəfə inzibati cəza alıb. Onlardan birini yeniyetməyə dava saldığına görə veriblər.

Mənbə bildirir ki, müəllimlərinin fikrincə, Aertur Hacıyev ona hər şeyə icazə verildiyini düşünürmüş. Anası və ögey atası isə kollecdən edilən xəbərdarlıqlara məhəl qoymayıblar.

Xatırladaq ki, Surqutda baş verən hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürmüşdü.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın