Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / 6 tələbənin öldüyü qəzadakı “Zil”in sürücüsü ifadə verib: tələbələrin telefonu necə itib?

6 tələbənin öldüyü qəzadakı “Zil”in sürücüsü ifadə verib: tələbələrin telefonu necə itib?

6 tələbənin öldüyü qəzaya görə həbs edilən sürücünün cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimov sədrlik edib.

Məhkəmə prosesində şahid Cavid Quliyev ifadəsində deyib ki, təqdirləndirilən şəxsi sürücü kimi bir müddət əvvəl tanıyıb. O, qəzada xəsarətl alanlardan və dünyasını dəyişənlərdən bəzilərini tanıdığını deyib. Sumqayıt Dövlət Universitetinin tələbəsi olan C.Quliyev qəza zamanı xəsarət almadığını söyləyib.

Digər şahid Elvin Şəmistanlı məhkəmədə ifadə verib. O, qəza zamanı yol kənarında saxlanan “Zil” markalı maşının sürücüsü olub. Tələbələri daşıyan avtomobil məhz həmin “Zil”in qarşısına çıxması ilə qəza törədib.

Sürücüsü E.Şəmistanlı deyib ki, maşın xarab olduğu üçün yolda saxlayıb və ustaya zəng edib: “Ustanın gəlmək imkanı olmadı. Yol polisi əməkdaşları gəldi. İki daşı maşının arxasına qoydum. Polislər daşlardan lent çəkdi. Çıxıb getdim”.

O, maşında 10 tondan artıq yük olmadığını deyib: “Təxminən 450 daş var idi”.

Hakimin suallarını cavablandıran E.Şəmistanlı maşını qəzadan bir gün əvvəl həmin yolda saxladığını deyib bə yol hərəkəti qaydalarını yaxşı bilmədiyini də etiraf edib: “Gecə saat 11 radələrində maşın xarab oldu. 1992-ci ilin maşınıdır. Səhər tezdən usta götürüb gəlirdim. Saat 8-də biz yola çıxdıq. Amma yolda bildik ki, belə bir hadisə olub. Maşın yerə qoyduğumuz daşa dəyib. Daşın aşmasından bildim”.

Hakim maşının texniki baxışdan necə keçdiyini, nasaz olub-olmadığını soruşub.

E.Şəmistanlı deyib ki, sonuncu dəfə maşın 2015-ci ildə texniki baxışdan keçib: “Sığortası bir gün idi ki, bitmişdi. Artıq maşını satmışam”.

Sualları cavablandıran E.Şəmistanlı belə bir qəzanın baş verməsinə görə təəssüf hissi keçirdiyini deyib: “Həmin gecə usta tapa bilmədim. Yoxsa gələcəkdim. Lenti çəlib getdim. Səhər gələndə qardaşım zəng edib qəzanın baş verdiyini dedi”.

Hakimin sualına cavab verən E.Şəmistanlı bildirib ki, yol hərəkəti qaydasını pozduğu üçün cərimələnib: “Dayanma-durma qaydasını pozduğum üçün cərimə edilmişəm”.

Hakim N.Kərimov bildirib ki, məhkəmə dövründə sorğu verilərək onun yol hərəkəti qaydalarını pozub-pozmaması araşdırılacaq və onum əməlinə hüquqi qiymət veriləcək.

Mərhum tələbələrin valideynləri “Zil” xarab olduğu halda evakuator çağırmamasını sürücüyə irad bildiriblər. Valideynlər “Zil”in sürücüsünün də məsuliyyətə cəlb edilməsini istəyib. Hakim məhkəmə istintaqı gedişində buna hüquqi qiymət veriləcəyini söyləyib. E.Şəmistanlı onu da deyib ki, “Zil” markalı yük maşını onun olmayıb və etibarnamə ilə sürüb.

Təqdirləndirilən Namiq Hüseynov isə söyləyib ki, qəza zamanı yola kubik və lent qoyulmasına şübhə edir: “Xahiş edirəm ki, videogörüntülərə baxıslın. Deyirlər 50 metr aralıda kubik qoyublar. Amma məsafə 10 metr olmazdı. Lent də olmayıb. Həmin lent sonradan da qoyula bilərdi”.

Zərərçəkmiş Təranə Kərimova qəza zamanı yüngül xəsarət aldığını söyləyib. O, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını deyib: “Qəzadan sonra məni Namiq çıxardı. Mən də Rozanın əlindən tutdum. Taksi ilə xəstəxanaya getdim. Namiq mənə uşaqların bir neçəsinin telefonunu verdi. O da taksifə qaldı. Sürücü də deyəsən xəstəxanaya verib”.

Məhkəmədə o da məlum olub ki, qəza zamanı bəzi zərərçəkmişlərin telefonu itib. N.Hüseynov deyib ki, qəzada tələbələrdən Rəşad və Çinarənin telefonu itib. Məhkəmədə digər zərəçəkmiş tələbələr də ifadə verib. Onlar şikayət və tələblərinin olmadığını deyiblər.

Xatırladaq ki, hadisə bu ilin martın 9-da Sumqayıt yolunda baş verib. Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə dünyasını dəyişib, 20 isə tələbə yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Azərbaycanda çörəyin qiyməti artacaq? – VİDEO

Ölkəmizdə unun tərkibi dəyişdiriləcək. Buna səbəb dünyada anemiya xəstələrinin sayının xüsusilə qadınlar arasında 570 milyona …

Bir cavab yazın