Cümə , İyul 19 2019
Ana səhifə / Araşdırma / 6 dəfə evli olan kişi arvadını və körpəsini öldürüb ağladı: “Araqdan içib vurdum” – VİDEO

6 dəfə evli olan kişi arvadını və körpəsini öldürüb ağladı: “Araqdan içib vurdum” – VİDEO

“Sözümə baxmırdı, evdən qaçırdı”

Həyat yoldaşını və övladını qətlə yetirən şəxs saxlanıldı.

ARB TV xəbər verir ki, hadisə Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib.

Kənd sakini 38 yaşlı Raqif Ələkbərov ailə münaqişəsi zəmnində qeyri rəsmi nigahda olduğu həyat yoldaşı 37 yaşlı Kamilə Məmmədovanı və yenicə doğulan körpəsini qətlə yetirib. Cinayət törədən şəxs daha sonra həmin ərazini tərk edərək Göygöl rayonuna qohumlarının yaşadığı ünvana gəlib.

Hadisədən səhər saatlarında xəbər tutan qonşular dərhal Daşkəsən rayon Polis Şöbəsinə məlumat veriblər.

İlkin dindirmə zamanı törətdiyi cinayəti etiraf edən Raqif Ələkbərov hadisə vaxtı ağır dərəcli sərxoş olduğunu bildirib. Həyat yoldaşını isə onun sözünə qulaq asmadığı üçün öldürdüyünü deyib. Kamera qarşısında göz yaşlarına hakim ola bilməyən qatil olanları bu cür nəql edib.

Raqif Ələkbərov – saxlanılan şəxs: “Sözümə baxmırdı. Bir dedim, iki dedim, üç dedim. Evdən qaçırdı. Qaçdığına görə məndə məcbur olub araqdan içib o dərəcəyə çatdım ki, bunu vuracam vurdum”.

Raqif Ələkbərov rəsmi və qeyri rəsmi 6 dəfə ailəli olub. Əvvəllər də bir dəfə məhkumluq həyatı yaşayan şəxs yenidən qanun qarşısında cavab verəcək.

Həmçinin oxuyun

Gömrük generalı ilə bağlı sensasiya – DTX araşdırma aparır

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Bakı Baş Gömürk İdarəsində apardığı yoxlama nəticəsində üzə çıxan …

Bir cavab yazın