Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Araşdırma / 58 saylı məktəbin şagirdi olan sevgilisini öldürən gəncin məhkəməsi başladı

58 saylı məktəbin şagirdi olan sevgilisini öldürən gəncin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Tamella Nəsrullayeva sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Məhkəmə baxışı avqustun 21-ə kimi təxirə salınıb.

Təqsirləndirilən İ.Hüseynov 11-ci sinif şagirdi Aytac Babayevanı qətlə yetirməkdə ittiham olunur.

İbtidai istintaqa verdiyi ifadəsində İ.Hüseynov A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü göstərib. Qız dayısıoğluna ərə gedəcəyini bildirib. Oğlan isə buna icazə verməyəcəyəniyi deyib və 17 yaşlı Aytacı vəhşicəsinə qətlə yetirib.

Xatırladaq ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 81 ünvanında baş verib. İzzət Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı – 1998-ci il təvəllüdlü Aytac Babayevanı bıçaqlayaraq qətlə yetirib.

İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Həmçinin oxuyun

Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar

ikinci Qarabağ savaşı 44 günlük vətən müharibəsi, ərəfəsində bəzi, tanınmışların, məmurların övladları öz keflərində, biznesləri …

Bir cavab yazın