Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / 50 milyon dollar borcu olan iş adamının həbs müddəti uzadıldı

50 milyon dollar borcu olan iş adamının həbs müddəti uzadıldı

“Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Məlumata görə, dünən xəstəxanaya yerləşdirilmiş iş adamının işinə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Bu gün keçirilən prosesdə iş adamı şəxsən özü iştirak edib. Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin üç ay müddətinə artırılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, R.Bəkirov ötən gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

O, fəaliyyətini dayandırmış “Simurq” klubunun prezidenti Anar Bəkirovun atasıdır.

Xatırladaq ki, R.Bəkirovun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təxminən 50 milyon dollar borcunun olduğu bildirilir.

Ötən iki gündə 14 iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb. Saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb (“Report”).

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın