Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / 50 kq qızılı oğurlanan keçmiş məmurun adı açıqlandı

50 kq qızılı oğurlanan keçmiş məmurun adı açıqlandı

Ötən gün nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müşavirinin öz qohumunu məhkəməyə verdiyi haqda məlumat yaymışdıq. Məlumatı “Qafqazinfo”ya verən vəkil Adəm Məmmədov hələlik həmin keçmiş məmurun adını açıqlamamışdı.

Virtualaz.org saytı isə həmin müşavirin Çingiz Baxşıyev olduğunu yazıb. Sayt yazır ki, Çingiz Baxşıyev bu vəzifəyə 2014-cü ilin yanvar ayında təyin olunub. Bundan əvvəl isə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi vəzifəsində işləyib.

Şikayətçi olduğu Rövşən Əhmədovla qohumdurlar və bu qohumluq əlaqələrinə görə Rövşən Əhmədov 2013-cü ilin axırlarına kimi Çingiz Baxşıyevin rəis olduğu xidmətdə işləyib.

Rövşən Əhmədov Çingiz Baxşıyevin şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aprel ayının 4-də saxlanılıb. Hazırda həbsdədir.

Onun dələduzluq yolu ilə dəyəri 400 min dollar dəyərində qiymətləndirilən qızıl sikkələri ələ keçirdiyi bildirilir.

Çingiz Baxşıyev 4 ay əvvəl nəqliyyat nazirinin müşaviri vəzifəsindən çıxıbmış.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın