Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / 5 yaşlı qızla evlənmiş təzə bəy həbs edildi – Rəzalət

5 yaşlı qızla evlənmiş təzə bəy həbs edildi – Rəzalət

5  yaşlı qızcığazı 22 yaşlı kişiyə ərə verdilər. Moderator.az Rusiya mediasına istinadla yazır ki, rəzil olay Pakistanda baş verib. Daxan şəhəri yaxınlığındakı Raman Şar kəndində 5 yaşlı qızın 22 yaşlı oğlan verilməsi ilə bağlı təntənəli mərasim keçirilib. Heç bir mənəvi və hüquqi qayda-qanuna sığmayan bu nikahın əleyhinə olan qohum-əqrəba polisə xəbər versə də, qanun keşikçiləri gec gəlib. Lakin polislər təzə bəyi(?!) həbs edə biliblər. Bundan əlavə, qızcığazı ərə verməyə razı olan ata və nikah mərasimini icra edən ruhani və ya məmurlar da gərəkli cəzalarını alacaqlar.
Pakistan qanunlarına görə, 16 yaşı tamam olmamış qızlar ərə verilə bilməz. Lakin cəhalət ucbatından bu qanuna çox nadir hallarda əməl edilir. Pakistanlı qızların çoxu 8-13 yaşlarında ərə verilir. Bəzən kənd ağsaqqalları(?) ailələr arasında pul, mülk mübahisəsini  borcunu ödəyə bilməyən ailənin azyaşlı qızını qarşı tərəfə ərə verməsi yoluyla həll edirlər…
Xatırladaq ki, Hindistanda, qeyri-müsəlamanlar arasında da azyaşlı qızların ərə verilməsi halları baş alıb gedir. 2016-cı ilin mayında bu ölkədə çox sayda 5 yaşlı qızın kameralar önündə ağlaya-ağlaya ərə verilməsi mərasimi barədə xəbərlər yayılmışdı.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın