Çərşənbə , İyul 17 2019
Ana səhifə / Araşdırma / 5 yaşlı azərbaycanlı qız Kərbəlada öldü

5 yaşlı azərbaycanlı qız Kərbəlada öldü

Kərbalaya ailəsi ilə birgə gedən azyaşlı azərbaycanlı ölüb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Cənub Xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmanov məlumat yayıb. O bildirib ki, Masallı rayonun Ərkivan qəsəbə sakini Habil Rəhimov Kərbəlada ailəsi ilə olarkən 60 dərəcə istidə 5 yaşlı qızı Zəhra günvurmadan (bəzi məlumatlara görə zəhərlənmədən) dünyasını dəyişərək orada da dəfn edilib:

“Zəhranın atası Rəhimov Habil Suriyada dini təhsil alırdı. Suriyadakı məlum hadisələrdən sonra o, təhsilini Nəcəf şəhərində davam etdirməli olub. Bu səfərdə də məqsəd Habilin dövlət imtahanı verməsi ilə bağlı olub. Habilin 3 uşağı var idi, Zəhra ortancıl idi. Valideynlərinin verdiyi məlumata görə, onun daha bir uşağı orada ağır xəstələnib”.

Həmçinin oxuyun

Yanına gələn qızlara “alt paltarı geyinməsin” deyirdi – Adnan Oktarın qorxunc əməli üzə çıxdı

Adnan Oktarın daha bir dəhşətli əməli üzə çıxıb.  Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı …

Bir cavab yazın