Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / 5 tələbənin ölümünə səbəb olan sürücünü hansı cəza gözləyir?

5 tələbənin ölümünə səbəb olan sürücünü hansı cəza gözləyir?

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 5-i dünyasını dəyişib. Digər tələbələr isə müxtəlif xəsarətlər alıblar.

5 nəfərin ölümünə səbəb olan sürücü Namiq Hüseynovu hansı cəza gözləyir?

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov AzVision.az-a bildirib ki, qəza törədən şəxsin sürücülük hüququ varsa, qüvvədə olan Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.

Ekspertin fikrincə, onun “sürücülük hüquqi varsa” hissəsi xüsusi vurğulanmalıdır: “Ola bilər ki, sürücünün “D” kateoqriyası yoxdur, sürücülük vəsiqəsinin müddəti bitib və yaxud sərxoşluq halı aşkar olunub. Bu hallar yoxdursa, sürücü 5 illik sürücülük hüququndan məhrum edilməklə, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Təcrübədən çıxış etsək, deyə bilərik ki, bu sürücüyə 9-10 il iş veriləcək”.

Ə.Hüseynov vurğulayıb ki, qəza törədən şəxsin sürücülük hüququ olmasa, vəsiqənin müddəti bitsə və yaxud hər hansı bir sərxoşluq halı müəyyən olunarsa, o zaman Cinayət Məcəlləsinin 263-1.4 maddəsinə əsasən məsuliyyətə cəlb olunacaq: “Bu maddəyə əsasən sürücü 5 illik sürücülük hüququndan məhrum edilməklə 7 ildən 12 ilədək azadlıq məhrum ediləcək”.

Qeyd edək ki, dəhşətli qəzaya səbəb olan 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın