Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / “5 min manat ver, səni gömrükdə işə düzəldim…”

“5 min manat ver, səni gömrükdə işə düzəldim…”

Bu gün Bakı şəhəri üzrə axtarışa verilən hər 3 nəfərdən 1-i CM-in 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. Bu barədə hüquq-mühafizə orqanlarının rəsmi məlumatında deyilir.

27 yaşlı Bakı sakini Ceyhun Rzayev də həmin dələduzluq maddəsi ilə ittiham olunan şəxslərdən biridir. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, heç yerdə işləməyən C.Rzayev dələduzluq əməllərini həyata keçirmək, tora salacağı potensial qurbanlarının etimadını qazanmaq üçün maraqlı üsullara əl atıb. O, ciddi adam təsiri bağışlamaq üçün rəsmi geyim tərzinə keçib, özünə kreditlə “KİA” avtomobili alıb, özünü hamıya ciddi dövlət qurumunun əməkdaşı kimi təqdim edib. Özü də hər dəfə bir dövlət idarəsinin adını çəkməklə.

C.Rzayev aldadıb ələ aldığı adamları əsasən “nüfuzlu yerlərdə işə düzəltmək” vədi ilə tovlayıb. Bu “xidmətinə” görə də adətən 3-5 min manat arasında “şirinlik” istəyib.

C.Rzayevin qurbanlarının istintaqa verdiyi şahid ifadələrinə görə, o, aldatdığı adamları bir qayda olaraq məhkəmə və gömrük orqanlarında “işə düzəldir”, bunun ondan ötrü “su içimi qədər asan iş olduğunu” deyirmiş. Pulu alandan sonra isə telefonlarını söndürüb yoxa çıxırmış.

Çoxdan bəri axtarışda olan C.Rzayev dünən Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən nəhayət ki, saxlanılıb və onun barəsində həbs-qətimkan tədbiri seçilib. Onun təkcə Xəzər rayonunda 6 nəfərə qarşı dələduzluq etməsi faktı müəyyən olunub. Yasamal RPİ əməkdaşları isə C.Rzayevin bu rayonda da dələduzluq etməsi faktlarını araşdırır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın