Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / 43 yaşlı kişinin dəmirlə döyərək öldürdüyü arvadının görüntüləri – VİDEO

43 yaşlı kişinin dəmirlə döyərək öldürdüyü arvadının görüntüləri – VİDEO

Cəilabadda ər həyat yoldaşını qətlə yetirib.

Hadisə şəhərin Vüqar Mürsəlov küçəsində qeydə alınıb.

Rayon sakini, 43 yaşlı İsmayıl İsmayılov arvadı Sevda İsmayılova ilə mübahisə edib. Daha sonra ər dəmir linglə həyat yoldaşının baş nahiyəsinə bir neçə zərbə endirib. Zərbənin təsirindən S.İsmayılova hüşünü itirib.

Yaralı Təcili yardım vastəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Qətli törədən şəxs polis tərəfindən yaxalanıb. İ.İsmayılov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın