Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / 36 yaşlı kişi 10 yaşlı xalası qızına təcavüz etdi – BAKIDA DƏHŞƏT

36 yaşlı kişi 10 yaşlı xalası qızına təcavüz etdi – BAKIDA DƏHŞƏT

Bakının Sabunçu rayonunda 10 yaşlı qıza təcavüz edilib. Hadisə rayonun Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində evlərdən birində baş verib.
Həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü Samirə Mehdiyevaya (ad və soyad şərti verilib) xalası oğlu, 1980-ci il təvəllüdlü Kamil Əliyev təcavüz edib.
Nəsimi rayonunda yaşayan Kamil Əliyev xalasının evinə qonaq gəlib. Gecəni xalası evində qalan Kamil Əliyev gecə saat 03.30 radələrində xalası qızına qarşı seksual xarakterli hərəkətlər edib.
Ertəsi gün Kamil Əliyev xalasının evini tərk edib. Yuxudan oyanan azyaşlı qız baş verənlərlə bağlı anasına danışıb. Qızın valideynləri baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Bölmədə toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Sabunçu Rayon Prokurorluğuna göndəriləcək.(teleqraf.com)

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın