Ana səhifə / Araşdırma / 30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur? – İLGİNC FAKT

30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur? – İLGİNC FAKT

1. Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakultəsinin Emalatxana binasının əsaslı təmiri – 698.350
2. Azərbaycan Dövlət Aqrar Universitetinin Əczaçılıq və morfologiya kafedrasının binasının əsaslı təmiri – 1.015.765
3. Aqrar yönümlü Peşə təhsili məktəbinin tikintisi – 5.771.621
4. Qobustan rayonunda iri və xırda buynuzlu heyvanlardan ibarət heyvandarlıq kompleksinin tikintisi – 9.744.578
5. Göygöl rayonunda İri və xırda buynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisi – 12.750.533
6. Aqrar Universitetinin Əczaçılıq və morfologiya kafedrasının binasının xarici mühəndis kommunikasiya təchizatı – 260.240.

30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur?

Dörd ay ərzində davam keçirilən bu tenderlərinin hamısının qalibi isə “FASAD-F” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tenderlərdə qalib olan şirkətin sahibi İnam Kərimovun qohumudur?

30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur?

“Fasad-F” Məhdud Məsuliyyətli Cəmiyyəti 7 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğludur. “Fasad-F” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57-dir.

Məlumata görə, “Fasad-F” MMC-nin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğlu əslən Tərtər rayonunun Köçərli kəndindəndir. Eyni zamanda onun Kənd Təsərrüfatı naziri İnam Kərimovun həmyerlisi və qohumu olduğu deyilir.

Yarandığı müddətdən indiyədək ölkə miqyasında heç bir ciddi tikinti işi ilə məşğul olmayan tikinti şirkətinin – “Fasad-F” MMC-nin birdən-birə Kənd Təsərrüfatı Nazirliyinin 30 milyonluq tenderini udması da şirkət rəhbərinin nazirin qohumu olması barədə deyilənlərin həqiqət olduğuna dair ehtimalları gücləndirmiş olur.

30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur?

Bununla belə araşdırmalarımız zamanı “FASAD-F” MMC barəsində daha maraqlı faktlar əldə edə bildik. Belə ki, 2016-cı ildə təsis edilən “Fasad-F” MMC hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57 ünvanı göstərilsə də, şirkətin faktiki ünvanı Binəqədi şossesi 12 ünvanında fəaliyyət göstərən “Akabe-İnşaat” şirkətinin ofisi kimi qeyd olunur.

“Fasad-F MMC” saytlardan iş elanını niyə sildi?

“FASAD-F” MMC 2016-cı ilin oktyabr ayında təsis olunsa da, 2018-ci ildə şirkətdə reyestr dəyişikliyi baş verəndən-rəhbərliyin dəyişikliyindən sonra şirkət aktivləşməyə başlayıb.

30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur?

Belə ki, bir çox sosial şəbəkələrdə, elan saytlarında “FASAD-F” MMC-yə savadlı mühasiblərin lazım olduğu barədə xəbərlər dərc olunub.

Maraqlıdır ki, bu elanda “Fasad-F” MMC-də işləmək istəyən şəxslərə “AKABE-İnsaat”-ın ofisinə müraciət etmələri bildirilib. Ancaq sonradan bu elanların əksəriyyəti sosial şəbəkələrdən silinib.

30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur?

Vüqar Cəfərov

Məlumata görə “Fasad-F” MMC-nin qanuni təmsilçisi Fəxri Cəfərov “Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun əmisi oğludur.

Vüqar Cəfərovun Kənd Təsərrüfatı Nazirliyinin tenderləri üzrə inşa etdikləri tikintilərə şəxsən rəhbərlik etdiyi deyilir.

30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur?

Yerli mediada yayılan məlumatlarda isə “Akabe İnşaat”-ın ölkənin ən məşhur generallarından birinə məxsus olduğu yazılır.

Mövzu ilə bağlı Arqument.az yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyinə rəsmi sorğu göndərsə də, nazirlik sorğunu cavablandırmayıb, yazıda qeyd olunan fakt və iddialara cavab verməyib.

30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur?

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …