Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / 3 evi yaran corab oğruları… – VİDEO

3 evi yaran corab oğruları… – VİDEO

Qaxda oğurluqla məşğul olan 3 nəfərdən ibarət dəstə tutulub.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş 24 yaşlı Səbuhi Məmmədov, Şuşa şəhərindən məcburi köçkün 19 yaşlı Şəhriyar Məmmədli və 29 yaşlı Elnur Aşurov bir neçə vətəndaşın evinə giriblər. Onlar Rasim İsrafilovun evindən televizor, DVD video, xalça, qaz balonu, ütü, tozsoran, ventilyator, qab-qacaq, geyim əşyaları və digər məişət əşyalarını oğurlayıblar.
Bundan başqa, onlar Hacıəhməd Cəbrayılovun evindən isə 130 manat pul, 330 gürcü larisi, 1000 rus rublu, ayaqqabı, corab, Ramiz Mirzəyevə məxsus maşından 150 manat pul aparıblar.
Saxlanılan şəxslər barəsində cinayət işi başlanıb. Onlar barəsində Qax rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. (Region TV)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın