Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / 28 yaşlı Leylanın yaxtada biznesmenlə meyiti tapıldı

28 yaşlı Leylanın yaxtada biznesmenlə meyiti tapıldı

İspaniyada 28 yaşlı Leyla Sultanqarevanın cəsədi 48 yaşlı italyan biznesmenlə birlikdə dəbdəbəli yaxtada tapılıb. ANS PRESS-in məlumatına görə, 28 yaşlı qız bir müddət əvvəl Kazandan gələrək paytaxt Moskvada Dövlət İdarəetmə Universitetində təhsil almağa başlayıb.

İtalyan mətbutında yer alan xəbərlərə görə, 48 yaşlı iş adamı münasibətdə olduğu 28 yaşlı tələbə ilə birlikdə İspaniyaya istirahətə yollanıb.

Cütlük birlikdə şam etdikdən sonra icarəyə götürdükləri yaxtaya qayıdıblar. Daha sonra nələrin baş verdiyi haqqında hələ ki heç bir məlumat yoxdur. Polisin yaxtada aparılan axtarışları nəticəsində bahalı spirtli içki və narkotiklər tapılıb.

Araşadırmaçıların sözlərinə görə, biznesmen və onun sevgilisi dəm qazından boğulub. Cütlüyün cəsədləri növbəti gün səhər saatlarında yaxtanın sahibləri tərəfindən aşkar olunub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın