Ana səhifə / Araşdırma / “28 Mall”da bomba olması barədə yalan məlumat verən tutuldu

“28 Mall”da bomba olması barədə yalan məlumat verən tutuldu

“28 Mall” ticarət mərkəzinə bomba qoyması barədə yalan məlumat verən şəxs tutulub.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verən Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın