Ana səhifə / Araşdırma / 26 yaşlı gənc avtomobili ağaca çırpıb öldü – VİDEO

26 yaşlı gənc avtomobili ağaca çırpıb öldü – VİDEO

Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
ARB Şəki xəbər verir ki, hadisə gecə saatlarında Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində, rayonun Muxax kəndi ərazisindəqeydə alınıb.
Qaxın Güllük kənd sakini, 26 yaşlı Elvin Xəlil oğlu Rüstəmov idarə etdiyi “VAZ 21074” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpıb.
Qəzada ağır bədən xəsarətləri alan Elvin Rüstəmov hadisə yerindəcə dünyasını dəyişib. Sürücününcansız bədənini deformasiyaya uğramış avtomobildən çıxarmaq üçün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın