Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / 24 yaşında həbsxanda ana oldu- oğurluğa görə tutulub

24 yaşında həbsxanda ana oldu- oğurluğa görə tutulub

Oğurluqda təqsirləndirilən qadın qohumların məhkəməsi olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda qızıl oğurlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

1993-cü il təvəllüdlü Bəkirova Xalidə Namiq qızı və 1993-cü il təvəllüdle Bəkirova Gülşən Əziz qızının cinayət işi üzrə məhkəmə prosesinə hakim Azər Orucov sədrlik edib.

Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Proses zamanı məlum olub ki, Xalidə Bəkirova bir neçə gün əvvəl həbsxanada övlad dünyaya gətirib. Onun övladı da məhkəmə prosesinə Ədliyyə Nazirliyinin əməkdaşlarının nəzarəti ilə gətirilib. X.Bəkirov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Növbəti məhkəmə prosesi martın 15-nə təyin edilib.

Qeyd edək ki, hər iki qadın ötən il Bakıda yaşayış mənzillərindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinənərk həbs ediliblər. Onların qohum olduğu məlum olub.

Hər iki şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunurlar.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın