Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / 22 yaşlı gəncin evində fahişəxana aşkarlandı- Bakıda

22 yaşlı gəncin evində fahişəxana aşkarlandı- Bakıda

Bakıda eyni küçədə iki əxlaqsızlıq yuvası aşkarlanıb.

 Azinforum.az ” ın musavat.com-a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nizami rayonunda bir küçədə iki “priton” aşkarlanıb.

Naxçıvanski küçəsi ev 64-də 1993-cü il təvəllüdlü Fəqan Əzizinin əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə cinayət işi başlanılıb.

Nizami rayonu 24-cü Polis Bölməsi tərəfindən araşdırmalar davam etdirilir.

Xatırladaq ki, bir neçə gün öncə də eyni küçədə əxlaqsızlıq yuvasının aşkarlanması ilə bağlı xəbər verilmişdi.

Məlumatda bildirilirdi ki, Naxçıvanski küçəsi 39 ünvanında Salyan rayon sakini 1961-ci il təvəllüdlü Əsmər Kazımovaya məxsus evdə əxlaqsızlıq yuvası aşkarlanıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın