Ana səhifə / Araşdırma / 2018 -ci ilin prezident seçkilərində Ofeliya Mahmudova 50 milyon vəsaiti hansı istiqamətə yönəldəcək?

2018 -ci ilin prezident seçkilərində Ofeliya Mahmudova 50 milyon vəsaiti hansı istiqamətə yönəldəcək?

Məmur xanım böyük siyasətə qoşulmaq istəyir?

AMEA Hüquq və İnsan Haqları İnsititunda şöbə rəisi vəzifəsini daşıyan, həmçinin Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri olan, hüquq üzrə fəlsəfə doktoru Mahmudova Ofeliya Əbülhəsən qızının üç ölkənin vətəndaşı olması barədə 365İNFO.AZ saytının redaksiyasına maraqlı məlumat daxil olub.

Belə ki, məlumatı verən mənbə bildirir ki, bu xanımın əlində 50 milyon dollardan çox vəsait cəmləşib və gələn il prezident seçkilərində o özü də bir məmur olaraq böyük siyasətə qoşulmaq istiqamətində işlər aparır.

Bizi də bu cür düşünməyə sövq edən Ofeliya Mahmudovanın feysbuk səhifəsində paylaşdığı status oldu.

Bu ilin yanvar ayının 2-də saat 20:13 -də Ofeliya Mahmudovaya məxsus Afeliya Mahmud adlı profildən “Yaltaqlara Dur Deyək” səhifənin videosunu paylaşaraq “Bize ermeni lazın deyil” statusu yazıb.

Məlumat üçün bildirək ki, həmin videoda icazəsiz mitinq keçirməyə cəhd göstərən şəxslərin polis tərəfindən saxlanılması əks olunur. Və “Yaltaqlara Dur Deyək” feysbuk səhifəsində bu video yerləşdirilərək “Adolf Hitler Heç Yahudilərə Belə Divan Tutmamişdi Ancaq Bu Hakimiyyətin Polisi Görün Nələr Elədi” sözlərindən ibarət status yazılıb.

Bu videonun Ofeliya Mahmudovanın feysbuk səhifəsində paylaşması bizə də maraqlı gəldi.

Belə düşünmək olar ki,itkin düşən qardaşından 50 milyon dollar vəsaiti əldə edən məmur xanım çox güman ki, gələn il keçiriləcək prezident seçkilərində müxalifətə dəstək olacaq.

Mənbənin verdiyi məlumata görə bu xanım üç ölkənin vətəndaşıdır.

Əlbəttə ki, qoy bizim yazdıqlarımızı hüquq mühafizə orqanları araşdırsın. Bizim bu cür araşdırmalar aparmaq üçün əməliyyat aparatımız yoxdur. Bunun əvəzində Ofeliya Mahmudova barədə ölkə mətbuatının yazdıqlarının bir hissəsini oxucularmıza təqdim etmək istəyirik.

Bildirilir ki,2004-cü ildə Ofeliya Mahmudovanın qardaşı Hafiz Mahmudov Moskva şəhərində itkin düşüb və bu hadisədən sonra Hafiz Mahmudovun 50 milyon dollar vəsaiti Ofeliya Mahmudovanın əlinə keçib.

Hafiz Mahmudov itkin düşdükdən sonra milyonlarla dolları idarə edənin yaxın qohumları, bir manat olsun belə onun övladlarına kömək etməyiblər.

2010-cu ildə məhkəmənin qərarı ilə Hafiz Mahmudov ölmüş hesab olunduqdan sonra, onun iki azyaşlı uşağına yeganə vərəsəlik hüququ verildi. Çox böyük çətinliklərlə olsa da, onun dostları Hafizin mülkiyyətindən övladlarına pay ayrılmasına nail olur. Hafiz Mahmudovun dostları onun övladlarına qalan və milyonlarla dəyərində olan mülkiyyətini Ofeliya Mahmudovaya və digər qohumlarına güzəştli şəkildə satılmasına razılıq verirlər.

Ancaq sonradan Moskvadan Bakıya uşaqlar üçün köçürülən pulların Ofeliya Mahmudova vasitəsilə, onların hesablarına az miqdarda yatırılması Hafiz Mahmudovun dostlarında bəzi şübhələr yaradır.

Hafiz Mahmudovun Türkiyədə də böyük məbləğdə pulunun, villasının və şirkətinin olduğu barədə mətbuata məlumat verilib. Türkiyədəki vəkil vasitəsilə bir ilə yaxın vaxt ərzində Hafizin dostları axtardığı villanı və bank hesablarını müəyyən edə biliblər.

Əfsuslar olsun ki, həmin villanın sahibinin Türkiyə vətəndaşı olan Mahmudova Ofeliya Əbülhəsən qızına məxsus olduğu aydınlaşıb. Adı çəkilən şəxsin mülkiyyəti cinayət yolu ilə ələ keçirilməsi iddia olundu və barəsində 31.07.2013-cü il tarixdə Türkiyənin Antaliya Sülh Cəza Məhkəməsinin qərarı ilə həbs qəti-imkan tədbiri də seçilir.

Sonradan Hafiz Mahmudovun dostlarının təşəbbüsü ilə belə bir razılığa gəlinir ki, Ofeliya Mahmudova və onun qohumlarına qarşı iddia tələbindən əl çəkərək həmin villa razılıq yolu ilə qiymətləndirilsin, satışdan əldə olunan pullar da Hafiz Mahmudovun varislərinə verilsin. Həmin pullar bu günə qədər tam ödənilməsə də, Hafizin dostları yenə də varislərin nümayəndəsi olaraq onun qohumları ilə aralarında olan müqavilə şərtlərini pozmayıblar.

Bundan başqa, Moskvada ticarət mərkəzindəki hissəyə görə Hafizin dostlarına daha yüksək məbləğdə pullar təklif olunmasına baxmayaraq, o hissələri də Hafizin qohumları çox aşağı qiymətə satdılar.

Türkiyədəki vəkillər Hafiz Mamudova məxsus 25 milyon dollardan çox pulun olmasını, izinə düşdüklərini və faktiki həmin pulların varislərə çatmalı olduğunu bildirsələr də, sulh naminə onun dostları axtarışları dayandırıb və villa ilə əlaqədər cinayət işindən vaz keçiblər.

Haqsız olaraq təqribən 50 milyon dollardan cox imkana sahib olan Ofeliya Mahmudova göydən düşmüş o pulları bu gün hansı istiqamətdə xərcləməyi bir çox insanlarda sual yaradır.

Hafiz Mahmudovun övladlarına çatası pullar Ofeliya Mahmudova tərəfindən mənimsənilərək çox güman ki, böyük siyasətə gedən yola xərclənəcək. Əldə etdiyimiz məlumata görə Hafiz Mahmudov itkin düşsə də hələ də onun sağ olub-olmamağı barədə bir məlumat yoxdur. Hafiz Mahmudovun yaxınlarından əldə etdiyimiz məlumata görə Hafiz Mahmudov əslən Sabirabad rayonundandır. Və itkin düşənəcən müxalifət düşərgəsində sayılıb-seçilən şəxslərdən biri olub.

Hər zaman Azərbaycan hökümətinə qarşı çıxan jurnalistlərə, müxalifət fəallarına Moskva şəhərində yardımçı olaraq iqtidara qarşı mübarizə aparıb.

Belə bir versiya da ola bilər ki, Hafiz Mahmudov itkin düşməsi adı ilə özü qırağa çəkilib və bacısı Ofeliya Mahmudovanın vasitəsi ilə qarşıdan gələn 2018 -ci il prezident seçkilərində müxalifət düşərgəsinə bacı-qardaş olaraq yardımçı olacaqlar.

Biz yazdıq, amma qoy bu məsələlərə təhlükəsizlik orqanları aydınlıq qətirsinlər.

Araşdırmamız davam edir.

Şamil Həsənbəyli

365İNFO.AZ

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …