Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / 2 piyadanın vurulduğu anın görüntüləri yayıldı – VİDEO

2 piyadanın vurulduğu anın görüntüləri yayıldı – VİDEO

Zaqatalada yol qəzası baş verib.
ARB Şəki xəbər verir ki, hadisə dünən axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan Magistral yolunun 132-ci kilometrliyində, Zaqatala şəhəri ərazisində baş verib.
Yaxınlıqdakı fındıq sexində çalışan 16 yaşlı Taxtalar kənd sakini Qazıyeva Ayşat Mikayıl qızı rəfiqəsi ilə birgə yolu keçmək istəyərkən Aşağı Tala kənd sakini 32 yaşlı Qurbanov Vüsal Vidadi oğlunun idarə etdiyi Balakəndən Zaqatala şəhəri istiqamətinə hərəkətdə olan “Vaz 21-154” markalı avtomobil tərəfindən vurulub. Ayşat Qazıyeva təcili olaraq Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Fakt araşdırılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın