Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / 19 yaşlı azərbaycanlı “Porsche”si ilə Moskvanı bir-birinə qatdı

19 yaşlı azərbaycanlı “Porsche”si ilə Moskvanı bir-birinə qatdı

Rusiya paytaxtı Moskvada 7 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Azinforum.az “TASS”-a istinadən xəbər verir ki, qəzanın səbəbkarı “Porsche Panamera” markalı avtomobil olub.

İlkin məlumatlara görə, “Porsche” sürücüsü yüksək sürətlə hərəkət edərək digər maşınları ötürmüş: “O, yolda hərəkət edən maşınla toqquşduqdan sonra hər iki avtomobil yolun əks hərəkət zolağına çıxıb. Nəticədə böyük qəza baş verib”.

Hazırda Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb.

“LifeNews” telekanalı xəbər verir ki, qəzanın səbəbkarı 19 yaşlı Cəbrayıl A-dır. Telekanlın məlumatına görə, o, heç “Porsche Panamera” markalı avtomobilin sahibi də deyil. Avtomobil biznesmen Lazer Balakərimova məxsusdur.

Nəşr qeyd edir ki, qəza nəticəsində zərərçəkənlər “Ford Focus” markalı avtomobilin və “Chevrolet Lacetti”nin sürücüsüdür. Onlar xəstəxanaya çatdırılıb. Sonuncu şəxsə beyin silkələnməsi, sınıq diaqnozu qoyulub.

İlkin iddialara görə, Moskvanı bir-birinə qatan 19 yaşlı Cəbrayıl əslən azərbaycanlıdır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın