Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / 18 yaşı olmayanların bara getməsi qadağan edilir – Azərbaycanda

18 yaşı olmayanların bara getməsi qadağan edilir – Azərbaycanda

Azərbaycanda 18 yaşı tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadəsi, şans və mərc oyunlarda birbaşa və dolayı ilə yolla iştirakı, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20.00-dan sonra bar, diskoteka və gecə klublarında olmasında iştirakı qadağan edilir.

Cebhe.info xəbər verir ki, bu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişiklərdə öz əksini tapıb.

Təklif olunan dəyişikliyə görə, 18 yaşı tamam olmayan gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi, sağlam gəncliyin formalaşdırılması mqəsədi ilə bir sıra qadağanedici müddəalar da nəzərdə tutulur.

İrəli sürülən əlavə və dəyişiklərə görə, gənclərin mənəvi-əxlaqi tərbiyəsində nəzərə alınması ilə bağlı qanuna bri sıra dəyişikliklər və əlavələr nəzərdə tutulub.

Burada əsasən gənclərin dini ekstremist və radikal qruplaşmalara qoşulması ilə bağlı müddəa nəzərdə tutulub.

Layihədə istedadlı gənclərə dövlət qayğısı da nəzərdə tutulub. Belə ki, dövlət istedadlı və yaradıcı gənclərin müəyyən edilməsi və inkişafına şərait yaradacaq, yüksək nailiyyət əldə edən gənclərin tanıdılması üçün tədbirlər həyata keçirəcək. Risk qrupuna daxil olan gənclərin isə sosial adaptasiyası ilə bağlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. (Moderator.az)

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın