Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / 15 yaşlı qızını öldürən ata: “Qrad” başımı pozdu”

15 yaşlı qızını öldürən ata: “Qrad” başımı pozdu”

15 yaşlı qızını qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi ötən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası N.Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı N.Cabbarov 15 yaşlı qızını əxlaqsız hərəkətlər etməsindən şübhələnərək qısqanclıq zəminində gecə yatdığı zaman amansızlıqla və işgəncə verərək bıçaqla qətlə yetirib.

Məhkəmə dövründə ifadə verən N.Cabbarov bildirib ki, cəbhə bölgəsində aprel ayında aparılan əməliyyatlar zamanı ermənilər tərəfindən atılan “Qrad” 50 metr yaxınlığına düşüb. Ondan sonra başının pozulduğunu deyən təqsirləndirilən şəxs qızını niyə öldürdüyünü bilmədiyini deyib.

O, Cinayət Məcəlləsi 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə) və120.2.9-cu maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Cabbarovun 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyob. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə gönsərilib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Cabbarovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın