Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / 14 yaşlı qızla evlənmək üçün Naxçıvandan Türkiyəyə getdi, pedofil kimi türməyə düşdü

14 yaşlı qızla evlənmək üçün Naxçıvandan Türkiyəyə getdi, pedofil kimi türməyə düşdü

Naxçıvandan olan 26 yaşlı mühasibatlıq işçisinin Türkiyənin Adana şəhərində yaşayan 14 yaşlı məktəbli qızla sevgi macərası onun pedofil kimi həbsxanaya düşməsinə səbəb olub.

Virtualaz.org saytı xəbər verir ki, Adanada yaşayan 8-ci sinif şagirdi N.S.D. Naxçıvan şəhərində yaşayan 26 yaşlı mühasib A.G. ilə Twitter-də tanış olub. Qısa müddət sonra onların tanışlığı sevgiyə çevrilib və tərəflər evlənməyə qərar veriblər.

A.G. bu məqsədlə Adanaya gedib, ancaq anası qızının yaşının az olduğunu əsas gətirərək onların evlənməsinə razı olmayıb.

Ailəsinin qarşı çıxmasına baxmayaraq N.S.D. naxçıvanlı sevgilisi ilə görüşməyə davam edib. İyulun 27-də qız A.G. ilə görüşmək üçün xalasının yaşadığı Aydın vilayəti, Didim qəsəbəsinə gedib.

İddiaya görə, iki sevgili qızın ailəsinin onların evlənməsinə icazə verməyə məcbur olması üçün cinsi əlaqədə olublar. Daha sonra qız xalası N.T.-yə bu haqda məlumat verib və vəziyyəti anasına çatdırmağı istəyib.

Eşitdikləri qarşısında dəliyə dönən xala qızdan dərhal Adanaya dönməyi tələb edib. Ancaq məktəbli qız Adanaya tək yox, sevgilisi ilə birlikdə dönüb. Anası əhvalatı eşidəndə polis çağırıb və A.G.-dən şikayət edib, onun qızını aldadaraq zorladığını bildirib.

Naxçıvanlı gənc həbs edilib və polisdəki ifadəsində deyib ki, qızla Twitter-də tanış olub.

“Mənə yaşının 18 olduğunu dedi, onunla evlənmək istəyirəm” – deyib.

Qız da ifadəsində bu deyilənləri təsdiqləyib. Buna baxmayaraq naxçıvanlı gəncin barəsində azyaşlı qızla cinsi əlaqədə olmaq ittihamı ilə cinayət işi qaldırılıb, o, həbs edilib və həbsxanaya göndərilib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın