Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / 14 yaşlı əmisi qızını zorlayan azərbaycanlı tutuldu

14 yaşlı əmisi qızını zorlayan azərbaycanlı tutuldu

Azərbaycanda zorlama əməlinə görə axtarışda olan E. Siyahbərzadə Rusiyada saxlanılıb.

“ Azinforum.az ” Virtualaz.org-a istinadən xəbər verir ki, 2012-ci ildə əmisi qızını zorlayan 25 yaşlı Yevlax sakini hüquq-mühafizə orqanlarından 5 il gizlənə bilsə də, Saratovda tutulub.

Saratov Prokurorluğundan verilən məlumata görə, o, hazırda öz ölkəsinə ekstradiya olunur.

Mənbə bildirir ki, Azərbaycanda axtarışda olan bu şəxsin təcavüz etdiyi qızın 14 yaşı tamam olmayıb. Onunla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 152.2-ci maddəsilə cinayət işi açılıb.

Saxlanılan şəxs Rusiya Penitensiar Xidməti vasitəsilə Azərbaycana ötürülmək üçün Dağıstana yola salınıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın