Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / 13 yaşlı bacısına mesaj yazan oğlanı öldürüb

13 yaşlı bacısına mesaj yazan oğlanı öldürüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində feysbukda bacısına mesaj yazanı öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, qətli törədən M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses iyunun 20-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının qarşısında baş verib.

M.Hüseynovun valideynləri boşanıb. O, atası ilə, 13 yaşlı bacısı isə İmişli rayonunda anası ilə yaşayıb.

İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq Ələkbərə yazmağa başlayıb. Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbərə yığıb və onunla görüşmək istədiyini deyib.

Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb və M.Hüseynov onu oradaca bıçaqlayaraq öldürüb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın