Ana səhifə / Araşdırma / 13 min manat saxta pulu 2300 dollara satarkən tutuldu – Bakıda

13 min manat saxta pulu 2300 dollara satarkən tutuldu – Bakıda

Bakıda saxta pul satan şəxs tutulub.

QafqazinfoDaxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini Pərvin Yusifov 57 ədəd 100 manatlıq, 146 ədəd 50 manatlıq (13000 manat) saxta əskinasları paytaxtın Nizami rayonu ərazisində 2300 ABŞ dollarına satarkən tutulub. Saxta pulları satış məqsədi ilə P.Yusifovla birgə hazırlamış Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Quliyev də müəyyən edilərək tutulub.

Araşdırma aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın