Ana səhifə / Araşdırma / 1061 sürücü, 504 piyada cərimələndi – Bir gündə

1061 sürücü, 504 piyada cərimələndi – Bir gündə

Bakı şəhər Baş Polis İdarəsinin dünən paytaxtda apardığı kompleks tədbirlər yol hərəkəti iştirakçılarına da şamil edilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində Dövlət Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində ümumilikdə yol hərəkəti qaydalarını pozmuş 1.565, onlardan kobud qayda pozuntusuna yol vermiş 223 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub.

O cümlədən çoxavazlı səs siqnalı, səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılmış 68 nəqliyyat vasitəsi müvəqqəti duracağa yerləşdirilib, ödənilməyən cərimələri olan 192 nəqliyyat vasitəsi aşkar edilib. Həmçinin 1 avtoxuliqan saxlanılıb, avtomaşını sərxoş halda idarə edən 40, eləcə də dayanma-durma qaydalarını pozmuş 395 sürücü və yolu müəyyən olunmamış yerdən keçən 504 piyada barəsində tədbirlər görülüb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın