Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / 100 milyonlar xərcləyən qurumlar niyə təftiş edilmir? – Milli Məclisdə məsələ qaldırıldı

100 milyonlar xərcləyən qurumlar niyə təftiş edilmir? – Milli Məclisdə məsələ qaldırıldı

“Hesablama Palatası büdcədən 100 milyonlarla manat xərcləyən qurumların fəaliyyətini yoxlamaqdansa, cüzi maliyyəsi olan bələdiyyələrin işini yoxlayır. Hələ indiyədək Palatanın Müdafiə Nazirliyinin fəaliyyətini yoxladığını müşahidə etməmişik”.
Azinforum.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Qüdrət Həsənquliyev Milli Məclisdə “Hesablama Palatası haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki, Hesablama Palatası son on ildə bələdiyyələri yoxlamayıb. Palata sədri qeyd edib ki, iclasda bir sıra deputatların səsləndirdiyi tövsiyələr nəzərdən keçiriləcək.

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …