Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / 10 milyon manatla ölkədən qaçan tikinti maqnatı axtarışa verildi

10 milyon manatla ölkədən qaçan tikinti maqnatı axtarışa verildi

Azərbaycanda tikinti şirkətinin rəhbəri barəsində axtarış elan edilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1963-cü il təvəllüdlü Tağıyev Elman Həsənqulu oğlu Cinayət Məcəlləsinin dələduzluq (178-ci maddə), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (308-ci maddə), Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq dəyişmə (319-cu maddə) və vergidən yayınmaqda (213-cü maddə) təqsirləndirilir.

Qeyd edək ki, E.Tağıyev “Birlik-İnşaat” MMC və “Hayan-E” MMC-nin rəhbəri olub. E.Tağıyev 210 mənzili 543 nəfərə təkrar sataraq vətəndaşlara üst-üstə 10 milyon manatdan çox ziyan vurub. E.Tağıyev və onun ətrafında olan şəxslərin qanunsuz hərəkətləri ilə bağlı başlanmış cinayət işinə 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Lakin E.Tağıyev ölkədən qaçdığı üçün məhkəmənin onunla bağlı çıxardığı qərar icra olunmayıb (APA).

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın