Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / 1 saylı “zon”da vəziyyət niyə qarışıb? – “Tsıqan” ləqəbli avtoritet amili

1 saylı “zon”da vəziyyət niyə qarışıb? – “Tsıqan” ləqəbli avtoritet amili

1 saylı həbsxanadakı “bunt”un səbəbi bilindi. Səbəb bahalaşma yox, müəssisəyə yenicə etap olunan “Tsıqan” ləqəbli kriminal avtoritet Elmir Məmmədovun döyülməsi olub Bakının Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsinə qoşun yeridilməsi haqda xəbər vermişdik. Penitensiar Xidmətin mətbuat xidməti bu məlumatın dəqiq olmadığını, mətbuata olay haqda məlumat verən məhbus yaxınları isə həqiqət olduğunu bildirdilər.

Müəssisəyə qoşun yeridilməsinin səbəbi kimi isə oradakı dükanda (laryokda) siqaret və çörəyin baha satılmasına etiraz edən məhbusların ram edilməsi göstərilirdi. Qaynarinfo.az saytının əldə etdiyi məlumata görə, əslində isə səbəb bahalaşma yox, müəssisəyə yenicə etap olunan “Tsıqan” ləqəbli kriminal avtoritet Elmir Məmmədov olub. “Tsıqan”ın cəzaçəkmə müəssəsinə gətirildiyi gün döyülərək “kars”a salınması “bratva”nı hiddətləndirib. Dustaqlar onun “zon”a qaytarılmasını tələb edərək etiraza başlayıblar. Vəziyyətin idarəolunmaz hala gəldiyini görən cəzaçəkmə müəssisəsinin rəisi Rövşən Niyazov qoşun yeridilməsi qərarını verrib.

İşgəncə koridorundan keçirilən dustaqların bir qismi və “Tsıqan” ləqəbli Elmir Məmmədov qarışıq şiddətli preslərin sınaqdan keçirildiyi “tubzona”(Vərəmli Məhkumların Müalicə Müəssisəsinə) aparılıb.

Qeyd edək ki, kriminal aləmdə “Tsıqan” (Qaraçı) ləqəbi ilə tanınan E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham olunub. O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın