Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / 1 milyon funt-sterlinqlik saat taxan hansı məmurun oğludur?

1 milyon funt-sterlinqlik saat taxan hansı məmurun oğludur?

Azərbaycanda rəsmi olmasa da, qeyri-rəsmi milyardlıq sərvətə sahib olan şəxslərin varlığı sirri deyil. Elə o da sirr deyil ki, həmin qeyri-rəsmi milyarderlərin böyük əksəriyyəti məmurlardır.  

Azinforum.az xəbər verir ki, oliqarxlaşmış həmin məmurların övladları isə hər nə qədər inkar olunsa da, xaricdə atalarını çətin vəziyyətə salırlar. Belə ki, keyf məclislərindən tutmuş, bahalı gəzintilərə qədər bir çox qalmaqallara adı qarışan məmur balalarının, həm də xaricdəki milyonluq biznesləri də artıq sənədli-sübütlü şəkildə gündəmi bəzəyir. Bir neçə gün əvvəl baş vermiş bir hadisə isə daha maraqlı detalları ilə diqqəti çəkib.

Dünyaca məşhur “Daily Mail” qəzetinin yazdığına görə, İspaniyanın İbiza adasında 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qalıb. Həmin məlumatda deyilir ki, adadakı sahillərdən birində yaxın dostu ilə gəzintiyə çıxmış həmin gəncin qarşısını kəsən quldur onu döyərək, qolundakı dəyəri 1 milyon funt-sterlinq (təxminən 2.5 milyon manatlıq) olan “Mille 50-03 McLaren F1” markalı saatını götürüb qaçıb. Bundan dərhal sonra şəxs polisə müraciət edib. “Richard Mille” saatları dünyanın ən bahalı saatlarından biridir. Onun çəkisi 40 qramdan artıq deyil. Korpusu plastikdən hazırlanmış saatın mexanizmi titan metalından ibarətdir. Dəyəri 1 milyon funt sterlinq olan saatdan dünyada cəmi 75 ədəd buraxılıb.

Qeyd edək ki, İspaniyanın İbiza adasında dincəlmək bahalı olsa da, oraya azərbaycanlı turistin gedib çıxması qəribə deyil. Maraqlı olan odur ki, qoluna 1 milyon funt-sterlinq saat taxıb sahildə dincələn şəxs kimin oğludur.

Bu əsnada, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli saatı oğurlanan şəxsin kimliyi barədə yazıb. O özünün Facebook hesabında qeyd edib ki, saatı oğurlanan şəxs Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il təvəllüdlü oğlu Sübhan Məmmədlidir. “Sübhan Məmmədli hələ 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır. Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir”.

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …