Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma /  Ziya Məmmədovun kadrından narazılıq – FOTOLAR

 Ziya Məmmədovun kadrından narazılıq – FOTOLAR

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyevin haqqında dələduzluq iddiası ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Şikayətçilər Qaynarinfo-ya müraciət edərək bildirib ki, İbrahim Əliyev Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Bağlar” adlanan ərazidə onlara məxsus olan təqribən 4 sotluq torpaq sahəsini qanunsuz olaraq zəbt edib və hasarlayıb.

Şikayətdə qeyd olunur ki, İbrahim Əliyev həmin ərazidə torpaq sahəsi olan 4 nəfər vətəndaşın istifadə etdiyi yolu da bağlayıb:

“İbrahim Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bizə təzyiq göstərir. Bizdən xəbərsiz torpaq sahələrimizi hasarladıb. Həmin ərazininin qonşuluğunda İbrahim Əliyevin 22 sotluq torpaq sahəsində tikilmiş 2 mərtəbəli dəbdəbəli villası var. İndi bizim torpaqları da öz həyətinə birləşdirmək istəyir. Deyir ki, “yuxarılarda” adamım var, gedin hara müraciət edirsiniz edin, heç kəs bu torpağı məndən ala bilməz!”, – deyə şikayətçilər bildirib.

Şikayətçilər İbrahim Əliyevin qanunsuz əməlləri ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə və Birinici vitse-prezident Mehriban Əliyevaya müraciət etməyə hazırlaşır.

Ziya Məmmədovun kadrından narazılıq
Ziya Məmmədovun kadrından narazılıq
Ziya Məmmədovun kadrından narazılıq
Ziya Məmmədovun kadrından narazılıq
Ziya Məmmədovun kadrından narazılıq

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …