Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Əxlaqsızlıq yuvasından 5 min manat tələb edən reket jurnalistlər məhkəmədə

Əxlaqsızlıq yuvasından 5 min manat tələb edən reket jurnalistlər məhkəmədə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Şahin Orucov və Cəlil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azad Məcidov sdərlik edib.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 4-nə təyin edilib.
Araşdırma zamanı məlum olub ki, Şahin Orucov “Kriminal və Bəşəriyyət” qəzetinin təsisçisi, Cəlil Səmədov isə “Korrupsiya və Qanun” qəzetinin baş redaktorunun müavinidir. Eləcə də Şahin Orucov əvvəllər xuliqanlıq maddəsi ilə məhbusluq həyatı yaşayıb.
Təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilməyib. Hər ikisi ev dustaqlığındadır.
Qeyd edək ki, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən “Metallurq” adlı kafedə əxlaqsız yuva təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək videogörüntülər çəkiblər. Özlərini jurnalist kimi təqdim edərək çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər.
Hər iki şəxs Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunurlar.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın