Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Əməkdar jurnalist” ilə “Buta” mebel mağazası arasında qalmaqal: “Dedi ki, “Həsənağa”nın qohumuyam” – VİDEO

“Əməkdar jurnalist” ilə “Buta” mebel mağazası arasında qalmaqal: “Dedi ki, “Həsənağa”nın qohumuyam” – VİDEO

Azərbaycanın “Əməkdar jurnalist”i, Şəlalə Həsənova Azinforum.az İnformasiya Portalına verdiyi müsahibədə  paytaxtın Yasamal rayonu ərazisindəki “Tri korona” kimi tanınan yaşayış kompleksinin birinci mərtəbəsində  yerləşən  və  “Buta” adı ilə fəaliyyət göstərən  mebel mağazası tərəfindən aldadıldığını bildirib. Şəlalə xanımın sözlərinə görə, o, sözügedən mebel mağazasından yataq dəsti alıb və sonra həmin mebelin yararsız  vəziyyətdə olduğunu görüb.  Şikayətçi deyir ki, mebel mağazasının rəhbərliyinə iradını bildirsə də, onun üzləşdiyi problemə  biganə yanaşılıb, hətta ironik tərzdə bildirilib ki, ” get, hara istəyirsən şikayət et!”.  “Əməkdar jurnalist” həmçinin bildirir  ki, mağaza rəhbərliyi onların arxasında çox böyük adamların dayandığını, hətta müşətərilərə satıqları mallara görə çek vurmadıqlarına dair icazələrinin olduğunu da deyib(?).

Azinforum.az olaraq biz Şəlalə Həsənovanın səsləndirdiyi ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Mebel mağazasının Azər adlı müdiri saytımıza açıqlamasında Şəlalə xanımın onlardan mebel aldığını təsdiqlədi:

“Biz onlara yararlı mebel vermişik. Aparıb istifadə etdikdən sonra, mebel sınıb. Buna biz məsuliyyət daşımırıq. Bu barədə bizim Şəlalə xanımla ətraflı söhbətimiz olub. Əgər Şəlalə xanım iddialarını təsdiq edə bilərsə, mən onun bütün mənzilini pulsuz mebellə təchiz edəcəyimi sizə  söz verirəm”.

Hər iki tərəfin ətraflı mövqeyilə  aşağıda təqdim etdiyimiz videomaterialda tanış ola bilərsiniz.

Niftulla QÜDRƏTOĞLU,

Azinforum.az

 

 

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …