Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Əlikram Bayramovu Hollandiyaya toya aparıb aldatdılar – Açıqlama

Əlikram Bayramovu Hollandiyaya toya aparıb aldatdılar – Açıqlama

“Məni Fərda Xudaverdiyevlə Müşviq Şahverdiyev aldadıblar”.

Mia.az bildirir ki, tanınmış müğənni Əlikram Bayramov unikal.org-a 1 aprellə bağlı başına gələn olaydan danışıb. Ə.Bayramov bildirib ki, keçən il yox, əvvəlki il baş verən hadisədən sonra Fərda və Müşviqlə dalaşıb: “Mənə dedilər ki, saat 9-da aeroportda ol, Hollandiyaya toya gedirik. Sintezator və saz ifaçıları da mənimlə birgə idilər. Tam hazır vəziyyətdə səhər saat 9-dan 12-yə qədər gözlədim. Bunlar gəlib çıxmadılar. Dəfələrlə zəng etdim, telefona cavab vermədilər. Saat 12-də zəngimə cavab verdilər ki, bu gün aprelin biridir, zarafat etmişik. Buna görə münasibətlərimiz də pisləşdi. Mən o vaxtdan onları aldada bilməmişəm. Hava limanında olan dostlarım soruşurlar ki, nə məsələdir? Deyirəm Hollandiyaya toya gedirəm. 38 manat da çay pulu verdim. Evdəkilər soruşdular – nə oldu,niyə getmədin?Dedim, təyyarə uçmadı”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın