Ana səhifə / Araşdırma / Əli İnsanova qarşı yeni cinayət işi

Əli İnsanova qarşı yeni cinayət işi

“Deyəsən, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə adı ilə keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni qondarma ittiham irəli sürülür.

Məlum olduğu kimi Əli İnsanovun 12 illik həbs cəzasını tam çəkib qurtarmağına bir neçə ay qalırdı”.

Virtualaz.org bildirir ki, bu fikirləri tanınmış vəkil Namizəd Səfərov özünün facebook səhifəsində yazıb.

Sabiq nazir artıq saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsindən 1 saylı Bakı-İstintaq Təcridxanasına aparılıb. Məlumata görə, Əli İnsanova Cinayət Məcəlləsinin 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə cinayət işi açılıb.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın