Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Ələkbərovun varidatı 244 milyon dollar artıb

Ələkbərovun varidatı 244 milyon dollar artıb

Rusiyanın 25 milyarderinin varidatı 2017-ci ilin 11 ayında ümumilikdə 21,6 milyard dollar artıb. Novator.az-ın məlumatına görə, varidatı çoxalan milyarderlər siyahısında “Lukoyl” şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərovun da adı var. Milyarderlər siyahısında 10-cu yerdə olan Vahid Ələkbərovun varidatı 11 ayda 244 milyon dollar çoxalıb.

1950-ci ildə Bakıda anadan olan Vahid Ələkbərov 1993-cü ildən “Lukoyl”un prezidentidir.

Rusiyanın ən varlı adamı “Severstal”ın əsas səhmdarı, qara metallurgiya və maşınqayırma üzrə biznesmen Aleksey Mordaşovdur. Onun var-dövləti 11 ayda 2,32 milyard artaraq 19,2 milyard dollara çatıb.

Siyahıda ikinci yerdə “Norilskiy nikel” şirkətinin prezidenti Vladimir Potanin gəlir. 2017-ci ildə onun varidatı 1,32 milyard artaraq 17,9 milyard dollar olub.

Üçüncü yerdə metallurgiya, nəqliyyat sahəsi üzrə biznesmen Vladimir Lisin qərarlaşıb. Biznesmen yanvar ayından var-dövlətinin həcmini 3,33 milyard artıraraq 16,4 milyard dollara yüksəldib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …