Ana səhifə / Araşdırma / Ələkbərovun şirkətindəki “avtoş olayı” ilə bağlı – Həbs

Ələkbərovun şirkətindəki “avtoş olayı” ilə bağlı – Həbs

Xəbər verdiyimiz kimi, “Lukoyl” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslan “Mercedes-Benz Gelandewagen” avtomobili ilə Moskvada avtoşluq edib.

Gənc oğlan dostları ilə onu təqib edən polislə “əylənərək” təslim olmayıb və hadisə yerindən çəkilmiş videonu “Periscop”a yerləşdirib. İnsident barədə məlumat video “Youtube” kanalına qoyulandan sonra məlum olub.

Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, avtomobili idarə edən şəxs, Moskva sakini Məcidov Abduvahoba 15 günlük həbs verilib. Müvafiq qərarı Moskvanın Qaqarin məhkəməsi qəbul edib.

Məcidov polis əməkdaşına qarşı itaətsizlik göstərdiyinə görə cəzalandırılıb.

Məhkəmədə adı açıqlanmayan müfəttiş bildirib ki, hadisə anında plislər sükan arxasında kimin əyləşdiyini öncə müəyyən edə bilməyiblər. Sürücünün kimliyi sərnişinlər “avtoşluq videosu”nu internetə yerləşdirəndən sonra bəlli olub.

Abduvahov etirafında söyləyib ki, onu yol qaydalarını pozmağa dostları təhrik edib, özü isə bunun nəticəsini dərk etməyib.

Onun sözlərinə görə, daha öncədən sürücülük vəsiqəsindən məhrum olub, hazırda nə işləyir, nə də təhsil alır.

Qeyd edək ki, “Lukoyl” şirkəti azərbaycanlı iş adamı Vahid Ələkbərovundur. Şirkətin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan hadisəyə görə üzr istəyib: “Söz verirəm ki, bir daha belə hadisə olmayacaq. Biz bu hadisənin şahidi olan hər kəsdən üzr istəyirik”.

 

Azat Şamsuarov

 

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın