Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Əfrailin canlı efirdə soyuqqanlı çıxışı – 7 il sonra tutuldu

Əfrailin canlı efirdə soyuqqanlı çıxışı – 7 il sonra tutuldu

Bu gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 7 il əvvəl baş verən dəhşətli qətlin təfərrüatını açıqlayıb. Məlum olub ki, qətldə şübhəli bilinən şəxs, mərhum Səidə Cəfərovanın əmisi oğlu Əfrayıl Məmmədov hadisədən 25-30 gün sonra onun meyitini yandırıb. 

“ Azinforum.az ” xəbər verir ki, əmisi qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Əfrayıl ötən il Xoşqədəm Hidayətqızının verilişinə çıxıb və soyuqqanlı şəkildə Səidənin harada olmasından xəbərsiz olduğunu deyib.

2000-ci il təvəllüdlü Səidənin anası Bibixanım Cəfərovanın iddialarını inkar edən Əfrayıl qızın itkin düşməsindən bir neçə gün əvvəl onunla mübahisə etdiyini və bu zaman ona sadəcə 2 dəfə şillə vurduğunu bildirib: “Mən ona başqa heç nə etməmişəm, deyirlər guya 10 kiloluq dəmirlə vurmuşam, amma bunların hamısı yalandır”.

Səidə Cəfərovanın anası isə həmin vaxt qızının hər gün yaşadıqlarını gündəliyə yazdığını, orada Əfrayıl tərəfindən hətta təcavüzə məruz qaldığını qeyd etdiyini bildirib.

Qeyd edək ki, rəsmi məlumata görə, 2015-ci ilin 5 iyul tarixində Əfrayıl Məmmədov əkin sahəsində əmisi qızı Səidə Cəfərovanı bıçaqlayaraq öldürüb və meyitini gizlədib. Bundan 1 ay sonra isə o, gizlətdiyi meyitin başını kəsərək ayrıca basdırıb, digər hissələri isə benzinlə yandıraraq izi itirməyə çalışıb.

Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …