Ana səhifə / Araşdırma / Əziz Nesinin oğlunu həbs etdilər

Əziz Nesinin oğlunu həbs etdilər

Türkiyədə iki jurnalist və bir alim “terrorçu təbliğat” ittihamı ilə həbs edilib.

“ Azinforum.az ” azadliq.org-a istinadən xəbər verir ki, bunlar Sərhədsiz Reportyorlar (Reporters Without Borders- RSF) təşkilatının Türkiyə nümayəndəsi Erol Önderoğlu, jurnalist Ahmet Nesin və araşdırmaçı Şebnem Korur Fincancıdır. RSF həbsləri Türkiyə üçün “inanılmaz rəzalət” adlandırıb.

Qərb mediası yazır ki, bu həbslər Avropa İttifaqının Türkiyə üzərinə mətbuat azadlığına görə təzyiqlərinin artdığı vaxta təsadüf edir. Sözü gedən üç nəfər Türkiyədə kürdyönlü “Özgür Gündem” qəzetinin müdafiə kampaniyasına qoşulduqlarına görə həbs ediliblər.

“Növbətçi redaktor” adlanan bu kampaniyaya qoşulan ümumilikdə 44 jurnalistdən 37-si prokurorluğa ifadə verib.

“Bu, Türkiyədə media azadlığı üçün daha bir qaranlıq gündür” – deyib RSF-nin Avropa və Mərkəzi Asiya masasının direktoru Johann Bihr. Bihr bildirib ki, cənab Önderoğlu Türkiyənin cənub-şərqində gedən döyüşlər və təhlükəsizlik qüvvələrinin öz arasında baş verən toqquşmalar barədə yazdığı üç məqaləyə görə həbs olunub.

Jurnalist və araşdırmaçı Şəbnəm Korur Fincancı Türkiyə İnsan Haqları Fondunun rəhbəridir. Məşhur jurnalist və yazıçı Ahmet Nesin Azərbaycanda hələ sovet zəmanəsində tanınan və sevilən yazıçı Aziz Nesinin oğludur.

Türkiyə mediası yazır ki, qolları məhkəmə zalında qandallanan Ahmet Nesin hakimlərə, “Xocam, mən buraya hazırlıqlı gəlmişəm. Həbs oluna biləcəyimi bildiyimdən bütün işlərimi yoluna qoyub gəlmişəm” – deyib. Türkiyədə parlament seçkilərindən əvvəl Ahmet Nesinin kürdyönlü HDP-dən namizəd veriləcəyi barədə xəbərlər yayılsa da, sonradan onun namizədliyi irəli sürülməmişdi.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın