Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Araşdırma / Ərini öldürüb meşədə basdıran tibb bacısı imiş – Təfərrüat+Video

Ərini öldürüb meşədə basdıran tibb bacısı imiş – Təfərrüat+Video

Bakının Yasamal rayonunda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

“ Azinforum.az ” ın APA TV-yə istinadən xəbər verir ki, Kamran Mahmudov adlı şəxsin itkin düşməsi barədə məlumat daxil olub. Yaxınları onun evdən çıxıb getdiyini və bir daha geri dönmədiyinin bildiriblər. Ailə üzvləri ilə aparılan söhbət zamanı itkin düşən şəxsin həyat yoldaşının qeyri-səmimi ifadə verdiyi təxmin edilib.

Aparılan araşdırmalar zamanı Kamran Mahmudovun öz həyat yoldaşı Lalə Mahmudova və onun Sədi adlı tanışı tərəfindən öldürüldüyü məlum olub. Həmin şəxslər meyiti hissələrə bölərək İsmayıllı rayonu ərazisində meşədə basdırıblar. Meyitin basdırıldığı təxmin edilən əraziyə baxış keçirilib və Kamran Mahmudovun hissələrə bölünmüş meyiti aşkarlanıb.

Qətli törətmiş Lalə Mahmudovanın Respublika Dəri-Zöhrəvi Dispanserində tibb bacısı, qətldə iştirak edən Sədi adlı şəxsin isə zərgər işlədiyi bildirilir. Zərgər işləyən şəxsin Mərkəzi Univermaqda iki mağazasının olduğu qeyd edilir. Onun Lalə Mahmudova ilə tanışlığı qızın anası vasitəsilə olub.

Hər iki şəxs Yasamal Rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

 

Həmçinin oxuyun

Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması… Və müəmmalı “Maybach”i

Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş …

Bir cavab yazın