Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Əri anası ilə birləşərək arvadını döydü, saçını qırxdı

Əri anası ilə birləşərək arvadını döydü, saçını qırxdı

Samux rayonunda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib.

Azinforum.az – ın  Report-a istinadən məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində baş verib. Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü P.İ qayınanası və əri tərəfindən döyülüb, daha sonra saçı qırxılıb.

Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.

Faktla bağlı araşdırma aparılır.

***

Samuxun Ziyadlı kənd sakini İlahə Pənahova evə yad kişi saldığı üçün qayınanası onun başını qırxıb.

Bu barədə Teleqraf.com-a Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, İlahə Pənahova evə yad kişi salıb: “Bizdə olan məlumata görə, həyat yoldaşı evə gəlib, qadını məşuqu ilə bir yerdə görüb. Həmin oğlanı bıçaqlayıb. Daha sonra qayınanası İlahənin başını qırxıb və onu anası evinə aparıb”.

Məlumatda bildirilib ki, İlahə Pənahovanın boğazında dırnaq izləri var: “Boğazında cızıq izləri var. Bu hərəkətinə görə anası onu zəhərləmək istəyib. Hazırda xəstəxanadadır. Yanına heç kim gəlməyib”.

Xəstəxanadan qeyd edilib ki, hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın