Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Ərdoğan Zərrabın həbsindən danışdı – “Türkiyəni maraqlandırmır”

Ərdoğan Zərrabın həbsindən danışdı – “Türkiyəni maraqlandırmır”

ABŞ-a yola düşən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Esenboğa hava limanında iş adamı Rıza Zərrabın həbsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan açıqlamasında bildirib ki, bu, Türkiyəni maraqlandıran mövzu deyil:

“Səbəbin çirkli pulların yuyulması olduğunu bilmirik. Çirkli pul yuyanların atası Pensilvaniyada yaşayır. Onlarla bağlı hər hansı əməliyyat apardılarmı? Bildiyiniz kimi paralel dövlət quruluşuna aid məktəbləri var. O məktəblər ABŞ-a milyonlarla dollar “atıb”. İlk olaraq bunlara baxsınlar. Bu məsələ ilə bağlı çoxlu məlumatlar ötürdük. Heç bir şəkildə hərəkətə keçmədilər. Rıza Zərrab ilə əlaqəli nəisə varsa, vəkilləri onu müdafiə edəcək. Ölkəmizlə əlaqəli mövzu deyil”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın