Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Araşdırma / Ərəb turistin öldüyü otel icra başçısının “gizli kassa”sınındır?

Ərəb turistin öldüyü otel icra başçısının “gizli kassa”sınındır?

Yanvarın 8-də Bakıdakı “Ariva” otelinin ərəb müştərisi Məsfər Oman Əlbillahi otağında ölü tapılıb.

İddialara görə, 1962-ci il təvəllüdlü qonaq ürək çatışmazlığından dünyasını dəyişib. İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə seks işçiliyi ilə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman isə qadınlar həmin nömrədə olmayıb.

Gündəmi zəbt edən xəbərdən sonra bəzi KİV-lərdə ölümün qeydə alındığı otelin Nərimanov rayon icra başçısının müavini Şahmar İbadova məxsus olduğuna dair xəbərlər yer alıb.

Lakin Yenicag.az-ın araşdırması başqa faktı üzə çıxarıb. Belə ki, əldə etdiyimiz məlumaya görə, sözügedən otelin ətrafındakı bəzi obyektlər İbadovun yaxınlarına məxsus olsa da, məhz “Ariva”nın Şahmar müəllimə heç bir aiddiyyatı yoxdur.

Otelin əsl sahibinin isə icra hakimiyyətinin Rayon Təsərrüfat Şöbəsinin müdiri Ağayev Rəşid Ağaqulu oğlu olduğu söylənilməkdədir.

Qeyd edək ki, R.Ağayev Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin ən sadiq adamlarındadır. Belə ki, Rəşid Ağayev Fərzəliyev Nizami rayonunda icra başçısı kimi fəaliyyət göstərdiyi dövrdən bəri onunla birlikdədir. Nərimanova təyin olunduqdan sonra ilk təyinatlarından biri Ağayevlə bağlı olub. Rayonda Rəşid Ağayevin icra başçısının “gizli kassa”sı olduğu bildirilir. Hətta “Şərq” bazarı ətrafında, Dərnəgül yolu istiqamətində, metro yaxınlığında olan obyektlərin bir çoxunun R.Ağayevin nəzarətində olduğuna dair xəbərlər var.

Həmçinin oxuyun

Yollar açıldı, hotellərdə yer yoxdur

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub. Nazirlər Kabineti yanında Operativ …